RU
Загрузить видео

Kirayə mənzillərə qeydiyyat başlayıb

Просмотров: 21 Последние новости
Kirayə mənzillərə qeydiyyat başlayıb.



Xezerxeber.az-ın məlumatına görə, "Elektron ipoteka və kredit zəmanət sistemi"nin kirayə mənzil modulu vətəndaşların istifadəsinə verilib. Artıq sistemdə elektron kabinetin yaradılması və müraciətin formalaşdırılması mümkündür.



İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanovanın sözlərinə görə, elektron kabinetin yaradılması və müraciətin edilməsi mərhələli şəkildə həyata keçiriləcək.



Elektron müraciət avtomatik qeydə alınır və onlara növbə təyin edilir. Növbəlilik əsasında da vətəndaşa sənədlərin qəbulu tarixi təyin olunur. Sənədlərin qəbulu 2 saylı Bakı "ASAN Kommunal" və Sumqayıt "ASAN Xidmət" mərkəzlərində həyata keçiriləcək. Yaşayış sahəsini seçmək imkanı yalnız Fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra yaranır. Kirayəyə veriləcək mənzillərin sayı da artırılaraq 530-a çatdırılıb.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.