RU
Загрузить видео

Kəbədə 70 illiyin imzası

Просмотров: 10 Последние новости
Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Müqəddəs Kəbənin yeni örütüyünə ilmələr vurur.



Bu o deməkdir ki, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə müqəddəs Məkkə şəhərində yerləşən Kəbə evinin örtüyünün hazırlandığı sexdə olub. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə hazırlanan kəbə örtüyünə ilmə atıb. Bu, şeyxə olan hörmətin daha bir zirvəsidir, olduqca mötəbər bir addımdır. Şeyx ona olunan bu xüsusi ehrtiram və münasibətdən həm də Azərbaycan dövləti , Azərbaycan xalqına simvolik bir münasibət olaraq onunla Səudiyyə Ərəbistanına, müqəddəs Məkkə şəhərinə gələn nümayəndə heyətinə də Kəbə evinin hazırlanan örtüyünə ilmə atmağa şərait yaratdı.



İlk belə hadisədir ki, Azərbaycandan bu sexə Bütün Qafqazın Şeyxi şəxs olaraq dəvət edilir. Məlum məsələdir ki, Kəbə evinin örtüyünün hazırlandığı məkana hər kəs buraxılmır, bura yalnız xüsusi adamlar daxil ola bilər. Bu Bütün Qafqazın Şeyxinə, Azərbaycan dövlətinə, xalqına xüsusi hörmət və ehtiramın göstəricisidir ki, Səudiyyə Ərəbistanı dövləti bu addımı atıb.



Səudiyyə Ərəbisyanın dövlət xəbər agentliyinin belə hadisələri diqqətdə saxladığı Şeyxin Ərəbistan səfərində onu kral sarayının müşaviri, Səudiyyə Ərəbistanın "Böyük Alimlər Şurası"nın üzvü şeyx Səd Nasir əş-Şisri müşayiət edirdi.



Xatırladaq ki, Kəbə evinin örtüyü hər il dəyişdirilir, bunun üçün hər il yeni örtük hazırlanır. Bir məsələyə fikir verin, çünki qürurla qeyd olunası məsələdir, gələn il Kəbə evinin örtüyündə Bütün Qafqazın Şeyxi Şeyxi Hacı Allahşükür Paşazadənin də atdığı qızıl ilmə olacaq, artıq onun imzası örtükdə həkk olundu. Hansı ki o ilmələrə 64 kq qızıl sərf olunur. Örtük 9 ay ərzində toxunur, tam hazır olur. Toxunma zamanı istifadə olunan hər sarı ilmənin üzərindən qızıl ilmələr atılır. 2020-ci ilin Həcc ziyarətinə hazırlıq gedən zaman Kəbənin bu örtüyü onun üzərinə çəkiləcək, Deməli, artıq gələn il, ilk dəfə Azərbaycanlıların,



Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin və digər ölkəmizin nüməyəndələrinin atdığı ilmə Kəbənin üzərindəki örtükdə əbədiləşəcək. Çünki daha növbəti ildə bu örtük dəyişiləndə köhnə örtük muzeyə verilir və orada qorunur. Muzey demişkən, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə və digər Azərbaycanlı qonaqlar Məkkədə muzeydə oldular. Burada İslam dünyasının ən müqədəs şəhəri və onun Kəbəsi ilə bağlı tarixən istifadə olunan müxtəlif əşyalar var. Onlar barədə də Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə geniş məlumat verildi.



Baş verənləri bir sözlə yekunlaşdırmaq olar, Hər kəsə qismət olmayan, bütün Kəbə , Məkkə ilə bağlı hər bir yeri ziyarət Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin 70 illiyi ilə üçün Uca Allahın qismətidir, hədiyyəsidir.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.