Karantin yoxlamaları davam etdirilir
Просмотров: 3
Последние новости
Koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində nəzarət–profilaktik tədbirləri davam etdirir.
Polis əməkdaşları tərəfindən ictimai nəqliyyat, yəni avtobus və taksilərin yoxlanılması ilə başlayıb. Sürücülərin tibbi maskadan istifadə etməsinə, COVID-19 pasportunun olub-olmamasına diqqət edilib. Karantin qaydalararını pozan şəxslər barəsində inzibati protokol tərtib edilib.
Şəhər ərazisində fəaliyyət göstərən mehmanxanalarda monitorinqlər apararaq karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət ediblər. Mehmanxana müştərilərinin müvafiq COVİD-19 pasportlarını yoxlayan polis əməkdaşları obyekt sahibləri ilə izahedici-profilaktiki söhbətlər aparmış, koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah ediblər. Bildirilib ki, mehmanxana otaqlarında müvafiq dezinfeksiya vasitələri olmalı, xidmət personalı mövcud sanitar qaydalarına riayət etməlidir.
Monitorinq tədbirləri fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evləri ilə davam etdirilib. Görüş zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb. Bundan başqa mərasimə dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb.
REAL

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.