İstifadə olunmuş maskaların təhlükəsi
Просмотров: 1 196
Последние новости
Vətəndaşlar tibbi maskanı istifadə etdikdən sonra zibil qutusuna atmalıdır Qoruyucu tibbi ləvazimatların istifadəsi çoxaldıqca, şəhərdə ummadığımız yerlərdə istifadə olunmuş maska və əlcək görmək münkündür. İnsanları virusdan qoruyan maskalar istifadə olunduqdan sonra küçəyə atılmamalıdır. Bu zaman həmin qoruyucu vasitələrdə olan viruslar ətrafa yayılır və yeni yoluxmalara səbəb olur və ciddi təhlükə mənbəyidir. Bu kimi yol verilməz hərəkətlər virusun yayılmasına münbit şərait yaradır. Epidemioloq İbadulla Ağayevin sözlərinə görə, pandemiya dövründə insanlar qoyulan qaydalara əməl etməlidi əks halda daha ağır vəziyyətlə üzləşə bilərik. Qeyd edək ki, qaydalara əməl etməklə bir birimizi qorumuş oluruq.İnsanlar istifadə edilmiş maska eləcədə tibbi ləvazimatlarını küçələrdə,parklarda həmçinin ictimai yerlərdə yerə atmamalıdırlar. Baş verən bu kimi hallar virusun səngiməsinə yox, məhz yayılmasına şərait yarada bilər. Odur ki, qoyulan tələblərə riayət etməklə biz həm özümüzü həmdə ətrafı qorumuş oluruq.
Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.