RU
Загрузить видео

İsmayıllıda qadın sürücü avtomobili aşırdı

Просмотров: 350 Последние новости
İsmayıllı-Qəbələ yolunda avtomobil qəzası baş verib.
Yenilik.az xəbər verir ki, yolun İsmayıllı rayonu Buynuz kəndindən keçən hissəsində qeydə alınan hadisə zamanı “Chevrolet” markalı, 90-OV-153 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb.
Qəza zamanı sürücü Gülarə Fuad qızı və avtomobildə sərnişin qismində əyləşmiş nənəsi, 1947-ci il təvəllüdlü Səyyarə Əliyeva xəsarət alıblar. Onlar dərhal Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.