RU
Загрузить видео

İran yenə də Azərbaycanı hədəf alıb

Просмотров: 43 Последние новости
İranın Xarici İşlər nazirinin müavini Ermənistana iki günlük səfər edib. Bu barədə iranlı nazir özünün “Tvitter” səhifəsində paylaşım edib. Diplomat bildirib ki, regionda qonşuluq siyasətini gücləndirmək zəruridir və İran Cənubi Qafqazda əməkdaşlığa böyük önəm verir. Bəli, regionda əməkdaşlıq və qonşuluq dedikdə, heç də Azərbaycanla olan münasibətlər deyil, məhz Ermənistanla olan ittifaq nəzərdə tutulur. Baxmayaraq ki, Tehranla Bakı arasında fəal siyasi dialoq və intensiv təmaslar var. Bununla belə, Azərbaycanı hədəf alan İran şəbəkəsi, rəsmi Bakıya qarşı təxribatlar törətməkdən bir an belə olsun çəkinmir. Son günlər baş verənlərə qısaca nəzər salmaq kifayət edir ki, terror rejiminin əsl məqsədini ortaya qoyaq.

SEPAH-a yaxın mənbələrin məlumatına görə, hazırkı məqamda İran ordusuna hava hücumundan müdafiə sistemlərinin hazır vəziyyətə gətirilməsi barədə əmr verilib. Ermənistan isə vəziyyətin dəyərləndirilməsi üçün öz səmasını İran PUA-larına açıb. İranın pilotsuz təyyarələri Ermənistan hökumətinin icazəsi ilə ölkə ərazisinə daxil olublar. SEPAH-ın təbliğat resursları regionda genişmiqyaslı müharibə ehtimalı barədə xəbərdarlıq edib. Məlumatlarda iddia olunur ki, İrandan kənarda təxribat və terror əməliyyatları həyata keçirən İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin Azərbaycanla silahlı münaqişəyə girməsi ehtimalı istisna olunmur. İstənilən halda, hərbi ritorikanı davam etdirəcəyi təqdirdə tərəflər arasında yaşana biləcək hallar heç də İranın xeyrinə olmayacaq.

Görünən odur ki, Azərbaycanı hər vəchlə təxribata cəlb etməyə çalışan rəsmi Tehran, bölgədə yeni düşmən axtarışındadır.

Real TV

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.