RU
Загрузить видео

“İqor Moiseyev baleti” Bakıda

Просмотров: 2 Последние новости
Məşhur kollektiv 20 illik fasilədən sonra Bakıda ilk dəfə çıxış edir

Heydər Əliyev Mərkəzində Rusiyanın İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblının konserti keçirilib.



REAL xəbər verir ki, bu, dünyada “İqor Moiseyev baleti” kimi tanınan məşhur kollektivin 20 illik fasilədən sonra Bakıda ilk çıxışıdır.



İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı dünya xalqlarının rəqslərini bədii interpretasiya və təbliğ edən dünyanın ilk peşəkar xoreoqrafiya qrupudur.



Uzun illər ərzində İqor Moiseyevin başçılıq etdiyi kollektivin səylərilə bir çox ölkələrin xalq rəqsləri irsi qorunub saxlanılır və yaradıcı şəkildə mənimsənilir.



Qrupun hazırda bədii rəhbəri – direktoru İqor Moiseyevin tələbəsi, Rusiyanın Xalq artisti Yelena Şerbakovadır. İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı Heydər Əliyev Mərkəzində iyunun 1-də də çıxış edəcək.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.