RU
Загрузить видео

İçərişəhərdə yeni muzey

Просмотров: 5 Последние новости
"İçərişəhər" Dövlət tarix-memarlıq qorğunun ərazisində inşa tarixi 17-18-ci əsrlərə aid edilən "Bakı Xanları evi" kompleksi bərpa edilir. Yenidənqurma işlərindən sonra kompleks muzey kimi fəaliyyət göstərəcək.



Kompleks ərazisində, Xam torpaq üzərində müəyyən sahələrdə daş plitələr döşənəcək, qalan hissədə isə yaşıllıq salınacaq.



Muzeyin xüsusiyyətlərindən birində Bakı tarixinin qısa metrajlı bədii film vasitəsi ilə bütün təfərrüatı ilə canlanması olacaq.



Klassik orta əsrlərdə tarix, din, ticarət, mətbəx, məişət həyatı və ictimai həyatın al-əlvən cizgiləri xüsusi otaqlarda tamaşaçalara təqdim olunacaq.



Beləliklə, hər bir otağın təyinatı filmin ssenarisinə uyğunlaşdırılaraq innovativ üsulların sayəsində zamana səyahət hissini yaşadacaq.



Qeyd edəkki, "Bakı Xanları Parkı"na giriş bütün vətəndaşlar və xarici qonaqlar üçün sərbəst və ödənişsiz olacaq.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.