RU
Загрузить видео
Hərbi xidmətlə bağlı yeni xəbər

Это видео сейчас нельзя воспроизвести.

Hərbi xidmətlə bağlı yeni xəbər

Просмотров: 223 Последние новости
Son günlər bir çox hərbi kommisarlıqlarda aparılan yoxlamalar zamanı bir sıra qanunsuzluq faktları üzə çıxıb.

Aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı cinayət işləri başlanıb. Bəs görəsən bu cür qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün məcburi həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz edilməsinə ehtiyac varmı? Mövzu ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Referans.az-a danışıb.

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətində bir çox ciddi boşluqlar nəzərə çarpır. Bu boşluqlardan həm vətəndaşlar, həm də sözügedən qurumun bəzi əməkdaşları istifadə etməyə çalışır. Ona görə bu boşluğun olmaması üçün Azərbaycan parlamenti qanunvericilik bazasını həm təkmilləşdirməli, həm də alternativ xidmət haqqında qanunu qəbul etməlidir.
Əvvəllər Qarabağın işğal altında olması ilə əsaslandırırdıq, artıq şükürlər olsun ki, işğal prosesi də tarixə qovuşub. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsi və nə qədər qəribə səslənsə də, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bu sənədi müzakirə edib qəbul etməlidir. Bu qanun qəbul olunduqdan sonra neqativ halların da sayı yetərincə azalacaq. O ki qaldı rüşvət probleminə, cəmiyyətdə rüşvət olduqca, həmin o güc strukturlarında da rüşvət olacaq. Buna görə də qanunlar sərtləşdirilməlidir. Xüsusilə qanunvericiliyin bu hissəsində maddələr ağırlaşdırılmalıdır. Çünki hansısa bir çağırışçı xidmətdən yayınırsa və ya hansısa vəzifəli şəxs buna şərait yaradırsa faktiki olaraq vətənə xəyanətə bərabər bir addım atmış sayılır. Vətənin müdafiəsi hər bir vətəndaşın konstitusiya borcudur. Bu cür qanunsuz hərəkətlər dövlətin müdafiə və təhlükəsizlik sütunlarının sarsılmasına gətirib çıxarır. Bu nöqteyi-nəzərdən qanunvericiliyə ciddi şəkildən yenidən baxılmalıdır”.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.