RU
Загрузить видео

Həmsədr ölkələr Şuşa səfərinə getmədi

Просмотров: 63 Последние новости
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya ölkəmizdə fəaliyyət göstərən 46 dövlətin səfir və müvəqqəti işlər vəkili, həmçinin 50-yə dək diplonatik korpusun və xarici təşkilatın nümayəndələrinin səfərləri təkil olundu. Bu, rəqəmləri əbəs yerə səsləndirmədim. Bundan əvəvəl də onların işğaldan azad olunan ərazilərə mütəmadi olaraq səfərləri təşkil olunub, lakin bu, müqyasına görə, ən böyük səfərdir. 46 dövlətin səfirləri arasında ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin - ABŞ, Fransa və Rusiyanın səfirləri gözə dəymədi. Bu, 3 ölknin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etmədilər və Şuşaya getməkdən imtina etdilər. Maraqlıdır, onlar bu səfərə niyə qatılmadılar?

Münaqişənin həlli istiqamətində heç bir addım atmayan, fəaliyyətlərinin məğzi əsasən quru səfərlərdən ibarət olan həmsəd ölkələr bununla da şləri ilə gözlərə kül kül üfürən həmsədr ölkələr bəlkə İrəvanla körpüləri yandırmaq istəmirlər? Onsuz da Azərbaycanda nüfuzu aşağı olan ATƏT-in Minsk Qrupu bu səfərdən sonra daha da gözdən düşəcək.

Minsk Qrupuna həmsədrlik edən ölkələrin Azərbaycanla münasibətinə nəzər salaq. 44 günlük vətən müharibəsində də, pos müharibə dövründə də Fransanın üzünü gördük. Qalır ABŞ ilə Rusiya. Azərbaycan bu ölkələrlə strateji tərəfdaşlıq əlaqələri qurdu. Lakin onların sonuncu addımı ictimaiyyətin gözündə bu dövlətlərlə əlaqələrin gələcək inkişafına ciddi ziyan vuracağını istisna etmir. Xüsusilə də Qarabağ nizamlanmasının yeganə qarantı kimi çıxış edən Azərbaycana.. dost olan Rusiyanın mövqeyi baÇadüçülən deyil. Son onilliklər ərzində ilk dəfə rus diplomatı ABŞ səfiri ilə bu cür rəğbətsiz bir vəhdət nümayiş etdirdi.

Şuşa səfərini müşayiət edən prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin jurnalistlərə verdiyi məlumata görə, diplomatik korpusun Qarabağın mədəniyyət paytaxtına səfəri Prezident İlham Əliyevin şəxsi tapşırığı ilə təşkil edilib. Və bu səyahət Qarabağın azad edilmiş bölgələrinə yeddinci səfərdir. Bu gün Qarabağda quruculuq işlərinin aparıldığı bir vaxtda Azərbaycan ona dost ölkələri də, düşmən mövqeyində olan ölkələri də tanıdı.

REAL

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.