RU
Загрузить видео

Havanın 10 sentyabr proqnozu

Просмотров: 28 Последние новости
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.



Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.



Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-27, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti təşkil edəcək.



Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.



Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.



Havanın temperaturu gecə 16-20, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə təşkil edəcək.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.