RU
Загрузить видео

Hava ilə ilə bağlı təcili xəbərdarlıq

Просмотров: 930 Последние новости
Sentyabrın 16-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Mərkəzindən APA TV-yə verilən xəbərə görə,Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-27° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, g ündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.