RU
Загрузить видео

Hava ilə bağlı xəbərdarlıq

Просмотров: 1 721 Последние новости
Sabahın hava proqnozu gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, sabah günün birinci yarısında yarımadanın bəzi yerlərində duman olacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacaq.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.