RU
Загрузить видео

Gömrükdən daha bir yenilik

Просмотров: 322 Последние новости
Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq edilən yenilik hesabına poçt
göndərişləri vasitəsilə xaricdən gətirilərkən gömrük nəzarəti və ödənişləri
tələb olunan bağlamaların rəsmiləşdirilməsi prosesi sadələşdirildi.
Bu məqsədlə Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki Bakı
Karqo Terminalının inzibati binasında xüsusi mərkəz yaradılıb və
bağlamaların rəsmiləşdirmə prosesindəki bütün əməliyyatlar vahid
məkanda, ən qısa vaxt ərzində həyata keçirilir.
Nahar fasiləsində də fəaliyyətini davam etdirən mərkəzdə quraşdırılan
kompüter və elektron köşklərdən istifadə etməklə vətəndaşlar “Smart
customs” tətbiqi üzərindən bəyannamələrdə düzəlişlər apara, gömrük
ödənişlərini həyata keçirə bilərlər. Vaxt itkisinin qarşısını almaq məqsədilə
gömrük rəsmiləşdirilməsi və anbar ödənişləri vahid məkanda, bir pəncərə
sistemi ilə reallaşdırılır .
Bundan başqa texnoloji sxemdə aparılan təkmilləşdirmələr hesabına
gömrük nəzarəti zamanı yol verilən təkrarlamalar da aradan qaldırılıb.
Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələri tərəfindən
aparılan təhlillərə əsasən bağlamaların gömrük rəsmiləşdirilməsinə görə
vətəndaşlar əvvəllər 40 dəqiqədən 3 saata qədər vaxt itirirdisə, artıq bu
mərkəzdə bütün proseslər maksimum 20 dəqiqə ərzində həyata keçirilir.
Artıq tətbiqinə başlanan yeniliklər xidmətlərin əlçatanlığının, gömrük
prosedurlarının rasionallığının təmin edilməsi, əməliyyatların sadə, asan,
sürətli şəkildə həyata keçirilməsi, vətəndaş məmnuniyyətinin, şəffaflığın
artırılmasına şərait yaradacaq.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.