RU
Загрузить видео

Gəncədə karantin yoxlaması aparılır

Просмотров: 2 Последние новости
Gəncə şəhər Baş Polis İdarəsinin Polis əməkdaşları tərəfindən ictimai nəqliyyat, yəni avtobus və taksilərin yoxlanılması ilə başlayıb.

Sürücülərin tibbi maskadan istifadə etməsinə, COVID-19 pasportunun olub-olmamasına diqqət edilib.

Hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, hər bir şəxs sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməlidir. Karantin qaydalararını pozan şəxslər barəsində inzibati protokol tərtib edilib. Polis əməkdaşları şəhər ərazisindəki kafe-restoranlardakı müştəri və personalların COVID-19 pasportunun olub-olmamasını yoxladıqdan sonra monitorinq tədbirləri fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evləri ilə davam etdirilib. Görüş zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarla bağlı məlumatlar verilib.

Bundan başqa mərasimə dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı qaydaları pozan şəxslər restorana buraxılmayıb.

REAL

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.