RU
Загрузить видео

FHN Astarada xüsusi təlim keçirib

Просмотров: 145 Последние новости
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Astara rayonunda kompleks mülki müdafiə təlimi keçirib.

APA TV-nin xəbərinə görə, təlim mülki müdafiə idarəetmə orqanlarının Fövqəladə Hallar Komissiyasının fövqəladə hallar zamanı əhalinin və ərazinin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması zamanı, vaxtında və düzgün qərarların qəbul olunması, həmçinin, xilasetmə işlərinin təşkili və aparılması üzrə əməli vərdişlərin aşılanması məqsədi ilə keçirilib.

Təlim zamanı mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğının söndürülməsi, zərərçəkmişlərə tibbi yardımın göstərilməsi yerinə yetirilib.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.