RU
Загрузить видео

Ermənilərin qoyub qaçdığı silahlar

Просмотров: 196 Последние новости
Ermənistan silahlı qüvvələrinin noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində ölkəmizə qarşı törətdiyi genişmiqyaslı təxribat tam iflasa uğrayıb.

Azərbaycan Ordusunun qətiyyətli tədbirləri nəticəsində düşmənin hücumunun qarşısı alınıb, Ermənistan ordusu canlı qüvvə və texnika itkisi verərək geri çəkilib.

Ermənistan Müdafiə Nazirliyi 25 əsgərin məhv edildiyini (24-ü itkindir), 13 əsgərin əsir götürüldüyünü, 2 postun itirildiyini açıqlayıb. 40-dan çox yaralı olduğu da iddia edilir.

Ordumuz hərbi qənimət kimi Ermənistan ordusunun xeyli sayda silah-sursatını - iriçaplı pulemyotlar, snayper tüfəngləri, atıcı silahlar, tank əleyhinə və əl qumbaraları, patronları və s. - götürüb.///Axar.az

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.