Ermənilərin dağıtdığı tikililər bərpa edilir
Просмотров: 62
Последние новости
Ermənistanın təcavüzü nəticəsində Gəncə, Mingəçevir, Tərtər və Naftalan şəhərlərində, eyni zamanda Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər qrafik üzrə aparılır və qısa zamanda tamamlanaraq təhvil verilməsi üçün bütün qüvvələr cəlb edilib. Tikinti və təmir-bərpa işlərinin surətli və keyfiyyətlə aparılması üçün yerlərə tikinti-inşaat materialları ilə fasiləsiz təminat həyata keçirilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, hazırki mərhələdə 6300-dən çox yaşayış və qeyri-yaşayış obyektində təmir-bərpa işləri artıq yekunlaşdırılıb, digər zərər çəkmiş tikililərin yenidənqurma və bərpası üzrə işlər isə davam edir. proses çərçivəsində qismən dağılan evlər və sahibkarlıq obyektləri təmir olunub, tikililərin divarları bərpa edilib, dam örtükləri, qapı-pəncərələri yenidən quraşdırılıb.
Digər zərər çəkmiş obyektlər də mərhələli şəkildə tikinti materialları və texnika ilə təmin edilir. 156 dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş ev və qeyri-yaşayış obyektnin yerində isə yeniləri inşa olunur.
Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Mingəçevir və Füzuli üzrə 65 evin inşası artıq yekunlaşaraq sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən dinc şəhər və rayonları atəşə tutuması nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin 6 noyabr Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən ümumilikdə 11 şəhər və rayon ərazisində 12000-dən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. Yanvar ayının sonundan etibarən ziyan dəymiş ərazilərdə təmir-tikinti işlərinə start verilib.
REAL

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.