RU
Загрузить видео

Ərdoğan-Putin görüşü başa çatdı

Просмотров: 7 Последние новости
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş başa çatıb.

Soçidə keçirilən görüşdə əsas müzakirə mövzuları Suriya, İraq, Əfqanıstan və Cənub Qafqazda vəziyyətlə bağlı idi.

Rusiya Prezidenti Vladimir Putin danışıqların əhatəli keçdiyini, Türkiyə ilə əlaqələrin müsbət istiqamətdə inkişaf etdiyini bildirib.

O qeyd edib hər iki ölkə qarşılıqlı mənfəət gətirəcək kompramisə getməyə nail olublar.

Ərdoğan da öz növbəsində görüşü məhsuldar adlandırıb.

Qeyd edək ki, tərəflər arasında danışıqlar 3 saat davam edib.

Görüş Putin üçün karantindən sonra ilk olub.

Kreml rəhbəri bildirib ki, peyvənd olunduqdan sonra bütün gün infeksiyaya yoluxmuş şəxslə birlikdə olsa da, infeksiya ona yoluxmayıb. Buna görə o, türkiyəli həmkarına yenidən vaksin vurdurmaq qərarına gələrsə, Sputnik V-yə müraciət etməyi məsləhət görüb.

Ərdoğan isə Putinə artıq təkrar peyvənd olunduğunu deyib.

REAL

***14:49

Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında təkbətək görüş başlayıb.

REAL xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

***

14:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb.

REAL xəbər verir ki, dövlət başçısının təyyarəsi Soçi şəhərindəki hava limanına enib.



***

14:05

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə yola düşüb.

REAL-ın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Prezident Ərdoğanla birlikdə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da Soçiyə yola düşüblər.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.