Elman Rüstəmovdan vacib açıqlama
Просмотров: 64
Последние новости
İllik faiz mart ayı ilə müqayisədə 4% bəndi artaraq, 8%-ə çatıb Azərbaycan Mərkəzi Bankı bu il ölkənin tədiyyə balansında ümumi daxili məhsulun 3%-i qədər kəsir yaranacağını gözləyir. Bunu qurumun sədri Elman Rüstəmov deyib. Baş bankir ölkədən valyuta axınının məhdudlaşdırılması barədə deyilənlərə də münasibət bildirib: AMB kommersiya banklarına tövsiyə edib ki, ölkə üçün sosial əhəmiyyətli məhsulların idxalının dəstəklənməsinə üstünlük versinlər. Bunlar əsasən tibbi vasitələr və qidadır. Amma valyuta axınının qarşısını almaqla bağlı heç bir tapşırıq yoxdur. Təsəvvür edin, kimsə zinət əşyası gətirir. Təbii ki, bu, dərmandan və ətdən vacib deyil. Mərkəzi Bankın sədri banklararası pul bazarında faizlərin artdığını da söyləyib. O, bu ilin aprel ayında banklararası pul bazarında illik faizin mart ayı ilə müqayisədə 4 faiz bəndi artaraq 8%-ə çatdığını bildirib. Son vaxtlar ölkədə istehlak kreditləri azalmaqda, biznes kreditləri artmaqdadır: "Bununla belə, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda koronavorus pandemiyasının iqtisadiyyata təsiri hiss olunur. Xüsusilə ticarət, turizm və başqa sahələrdə azalma var.... Elman Rüstəmov ölkənin bank sektorunu humanistliyə çağırıb. Onun sözlərinə görə, pandemiyadan sonra maliyyə sektorunun mənəvi baxışları dəyişməlidir. Dövlətlə biznes arasında yeni münasibətlər formalaşır. Maliyyə sektorunda daha ciddi maraqlar balansından daha humanist maraqlara keçilməlidir. deyə Mərkəzi Bankın sədri bildirib.
Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.