RU
Загрузить видео

Əlifba Bayramı

Просмотров: 5 Последние новости
Azərbaycanda əlifba düzəlişi işinə ən böyük dəstək Mirzə Fətəli Axundovdan gəlib.O, hələ 1850-ci ildən ərəb yazısının dəyişdirilməsi üzərində işləyib və deyib ki, bu,Azərbaycan dilinin fonetik tələblərinə daha uyğun olacaq. Bunun üçün Axundov nə edirdi? O, hər bir səsin ayrı hərf tərəfindən ifadə (ikiləşdirmə və məhəl qoymama olmaması şərti ilə) olunması fikri üzərində dayanmışdı. Belə ki, ərəb əlifbasında 3 sait səs olduğu halda Azərbaycan əlifbasında 9 sait səs olmalı idi. 1863-cü ildə Axundov İstanbulda Osmanlı Elm Cəmiyyətində öz fikrini irəli sürsə də,bu, türk mətbuatında mübahisələrə səbəb olur.Türk leksikonunu ərəb, fars sözlərindən təmizləmək istəməyənlərin ən ciddi arqumenti müqəddəs Quranın ərəb dilində yazılması idi. Axundov sonralar yazırdı ki, o zaman ərəb əlifbasında hətta cüzi dəyişikliklər eləməyin mümkünsüzlüyünü anladım.



Azərbaycanda rəsmi olaraq latın qrafikalı ləlifbaya keçid 1923- cü il oktyabrın 20-də baş verdi. 6 il ərzində hər iki əlifbadan istifadə olundu. Yalnız 1929- cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. Və bu iş kitab yandırma kampaniyası ilə həyata keçirildi. 10 il sonra Stalinin göstərişi ilə sovet ittiifaqının bütün müsəlman ölkələrində kirill əlifbası tətbiq olundu.



Hər il avqustun 1-inin Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd edilməsi də Heydər Əliyevin 2001-ci il fərmanından irəli gəlir. Günümüz və dilimiz mübarək!

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.