RU
Загрузить видео
DYP sürücülərə müraciət etdi

Это видео сейчас нельзя воспроизвести.

DYP sürücülərə müraciət etdi

Просмотров: 158 Последние новости
Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Gent.az xəbər verir ki, hərəkət iştirakçılarına yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün ehtiyatlı olmaq və yol hərəkəti qaydalarına ciddi riayət etmək xəbərdarlıq edilib.

Sinoptiklərin məlumatına əsasən hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan qeyri-sabit hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.

Bildirilib ki, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Nəqliyyat vasitələri aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməli, yağışlı havada daha çox ara məsafəsi saxlanılmalıdır.

Piyadalar isə havanın küləkli və yağışlı olmasını nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.