Dəhşətli hadisə: Ölən var
Просмотров: 294
Последние новости
Göygöldə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21015" markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişin 1996-cı il təvəllüdlü Elvin Verdiyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sürücü 1988-ci il təvəllüdlü Cəfərov Anar müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.