Darvazıya dırmaşan əsgər anası
Просмотров: 982
Последние новости
"Azərbaycan ordusuna yeni xidmətə çağrılan əsgər oğlu ilə görüşmək üçün hərbi hissənin darvazasına dırmaşan Alpinist Anamızı ürəkdən təbrik edirəm. Ermənistan mediası Sizin geniş fiziki imkanlarınızdan bəhs edir".
Oxu24.com xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev paylaşımında qeyd edib.
Söhbət əsgər övladı ilə görüşə buraxılmadığı üçün dəmir darvazaya qalxan anadan gedir.
Hərbi ekspert əsgər valideyninin bu hərəkətini tənqid edib.O,valideynləri təmkinli olmağa çağırıb.
"Vətəndaş və ya valideyn olaraq anlamalıyıq ki, müəyyən səbəblərdən görüş məsləhət deyilsə, buna əməl etməliyik. Sabah digər biri, məsələn sənin oğlun eyni qapının əks tərəfində dayanıb komandanlığın əmrini icra edə bilər. İntizamlı olmalıyıq, qalıb əsgər valideyni adına layiq olmalıyıq",-deyə ekspert qeyd edib.
Məlumat üçün qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə,yeni xidmətə başlayan gənc əsgərlərin adaptasiya dövründə sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə qabaqlayıcı tədbirlər keçirilir. Gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.