RU
Загрузить видео

Daha bir "Avtoş" həbs edildi: Vaqif Əsədovdan SÜRÜCÜLƏRƏ MÜRACİƏT

Просмотров: 254 Последние новости
Paytaxtın mərkəzi küçələrində avtoxuliqanlıq hərəkətləri nümayiş etdirən sürücü həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun YPX.AZ-a verdiyi məlumata görə, paytaxt ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.

Belə ki, paytaxtın Rəşid Behbudov küçəsində ardıcıl qayda pozuntularına yol verib hərəkət iştirakçılarına təhlükə yaradan 10 ON 906 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsünün kimliyi Nəsimi Rayon Dövlət Yol Polisi İdarəsinin rəisi polkovnik-leytinant Qara Abdullayevin tapşırığı əsasında idarənin əməkdaşları tərəfindən təşkil olunmuş tədbirlər nəticəsində müəyyən edilib.

Bundan sora Abşeron rayon sakini 14 mart 1993-cü il təvəllüdlü sürücü İsayev Səbuhi Ağəli oğlu saxlanılıb. Sürücü barəsində toplanmış sənədlər aidiyyatı üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İ. Səbuhi 1 il müddətinə sürücülük hüququndan və 15 sutka müddətinə azadlıqdan məhrun edilib.

Polis polkovniki Vaqif Əsədov YPX.AZ vasitəs ilə sürücülərə də müraciət ünvanlayaraq bildirib ki:

"Bir daha vətəndaşlara bildiririk ki, kobud yol hərəkəti qaydaları pozuntularına yol verərək xəta törətməsinlər. Eyni zamanda bu kimi xətaları video qeydə alaraq sosial şəbəkələrdə yayımlamaq çağırış kimi anlaşılır. Bu isə yolverilməzdir və qanunların tələblərinin pozulması deməkdir. Ona görə də gənclərimizə bir daha müraciət edərək bildiririk ki, tələblərə uyğun davranmağa üstünlük versinlər."

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.