“CoronaVac”a inam artıb
Просмотров: 25
Последние новости
Dünya Səhiyyə Təşkilatının Çinin “Sinovac” şirkətinin COVİD-19 virusu əleyhinə Coronavac peyvəndinin təcili istifadəsinə icazə verməsi əslində bu vaksinin effektivliyin və təhlükəsizliyinin təsdiqi deməkdir.
Təşkilatın məlum qərarı "CoronaVac" ilə peyvənd olunan şəxslərdə vaksinin keyfiyyəti ilə bağlı əminliyi daha da çoxaldıb. Hazırda dünyanın bir neçə ölkəsində, o cümlədən Azərbaycanda yeni növ koronavirusa qarşı vaksinasiya prosesində “Sinovac” şirkətinin peyvəndindən istifadə olunur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "Sinovac" şirkətinin “CoronaVac” peyvəndini təcili istifadə üçün təsdiqləməsi peyvəndin beynəlxalq təhlükəsizlik, effektivlik və istehsal standartlarına cavab verməsinin göstəricisidir. Bu qərar şirkətə daha çox ölkəyə vaksin təchiz etməyə, o cümlədən COVAX təşəbbüsü çərçivəsində müxtəlif ölkələrin pandemiya ilə mübarizəsini dəstəkləməyə imkan verəcək. Təşkilatının müvafiq qərarınadək "Sinovac" ikitərəfli razılaşma əsaəsnda təxminən 40 ölkəni COVID-19 peyvəndi ilə təmin edirdi. İndiyədək 50 ölkə “CoronaVac” peyvəndini təcili istifadə üçün təsdiqləyib.
“Bizim şirkətin peyvəndini milli vaksinasiya proqramında istifadə edən ölkələrdən əldə etdiyimiz məlumatlar perspektivli və ümidvericidir. Misal üçün deyə bilərəm ki, bu yaxınlarda Braziliyada balaca bir şəhərdə əhalinin böyük hissəsi COVİD-19 virusuna qarşı məhz “Sinovac” şirkətinin peyvəndi ilə vaksin olunub. Nəticədə ağır və çox ağır halların sayı dramatik şəkildə azalıb. Bu cür nəticələr bizim hamımıza ümid verir ki, vaksinasiya sayəsində pandemiyaya qalib gəlmək mümkündür”, - “Sinovac Biotech”in baş meneceri Quan Yan bildirib.
"Sinovac" qlobal vaksin təchizatındakı rolunu davam etdirməkdə qərarlıdır. ÜST-nin məlum qərarı isə “Sinovac”ın qlobal vaksin təchizatındakı rolunu artırmağa təkan verəcək. Şirkət indiyədək 600 milyon doza COVİD-19 peyvəndi istehsal edərək yerli və xarici sifarişçilərə çatdırıb. Dünyada vaksinə olan tələbatın artmasını nəzərə alınaraq istehsal gücünü artıqmaq istiqamətində yeni sərmayələr cəlb edib. Nəticədə 3-cü istehsal xətti istifadəyə verilib ki, bununla da illik istehsal gücü 2 milyard dozanı ötüb.
“Sevindirici haldır ki, bizim şirkətin Azərbaycanla sıx əməkdaşlığı var və biz Azərbaycanı peyvəndlə təmin edirik. Biz tərəfdaşlıq etdiyimiz ölkələri, o cümlədən Azərbaycanı pandemiyaya qalib gəlmək üçün COVİD-19 peyvəndi ilə təmin etmək işinə sadiqik”, - “Sinovac Biotech”in baş meneceri Quan Yan sözlərinə əlavə edib.
Qeyd edək ki, Çinin müvafiq qurumu 3 yaşdan 17 yaşadək uşaqların peyvənd vaksinasiyası üçün “CoronaVac” peyvəndinin fövqəladə istifadəsini təsdiqləyib. Yüzlərlə könüllünün iştirak etdiyi kliniki sınaqların araşdırmaları “CoronaVac” peyvəndinin həmin yaş qrupu üzrə təhlükəsizliyinin böyüklərdəki kimi olduğunu göstərib. Belə ki, “CoronaVac” peyvəndi vurulan yetkinlik yaşına çatmayanların bədənində böyüklərdə olduğu qədər anticisim yaranıb. Azərbaycanda yanvarın 18-dən həyata keçirilən vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndindən də geniş istifadə olunur.
REAL TV, Asiya

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.