RU
Загрузить видео

Bu obyektlər açıldı

Просмотров: 1 144 Последние новости
Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qəragahdan APA TV-yə verilən məlumatda bildirilir ki, 2019-cu ilin dekabr ayından yayılan yeni növ koronavirus xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunub. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılıb. COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Qərara əsasən, fəaliyyəti bərpa olunan sahələrin siyahısı da açıqlanıb.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.