RU
Загрузить видео

BMT Baş katibinin müavini Milli Məclisdə olub

Просмотров: 1 Последние новости
Milli Məclisin sədri Sahibə Qafarova BMT Baş katibinin müavini Tatyana Valovaya ilə görüşüb.

IX Qlobal BAKI Forumunun əhəmiyyətindən danışan Milli Məclisin sədri, Azərbaycanın mühüm beynəlxalq tədbirlərə evsahibliyi etdiyini, bu kimi tədbirlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, bir sıra qlobal məsələlərin müzakirəsinə və yeni ideya və təşəbbüslərin meydana gəlməsinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Sahibə Qafarova bildirib ki, hazırda Azərbaycan post-münaqişə dövrünü yaşayır. İnanırıq ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə təkcə region ölkələrinin deyil, digər ölkələrin inkişafı üçün də faydalı olacaqdır.

Azərbaycana səfərindən məmnunluğunu bildirən BMT Baş katibinin müavini Tatyana Valovaya Bildirib ki, Azərbaycan BMT üçün bir sıra istiqamətlərdə əməkdaşlıq baxımından mühüm tərəfdaşdır. Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizədə digər ölkələrə yardımlarına görə təşəkkür edib.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.