BDU-da beynəlxalq simpozium keçirilib
Просмотров: 6
Последние новости
Bakı Dövlət Universitetində Beynəlxalq simpozium keçirildi. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin, Bakı Dövlət Universitetin birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq simpozium sufi şairi Mir Həmzə Mir Paşa oğlu Qarabaği Nigarinin fəlsəfəsinə və yaradıcılığına həsr olunub.Simpozumda Türkiyə və Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri, mədəniyyət və ictimai xadimlər, universitetin müəllim və tələbələri iştirak edirdilər. Tədbir Əvvəlcə Azərbaycan və Türkiyə Dövlət Himnlərinin səsləndirildi, daha sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən BDU-nun rektoru Elçin Babayev XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mir Həmzə Nigarinin yaradıcılığında Qarabağa həsr etdiyi şerlərdə Vətən eşqinin daha qabarıq ifadə olunduğunu bildirdi. Elçin Babayev qeyd etdi ki, “Qara bağrım Qarabağımdır” deyən, “Qarabağdan xəbər versə” küləklərə canını qurban etməyə hazır olan Nigari oranı dünyanın behişti adlandırıb. Türkiyə Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar Mir Həmzə Nigarinin Həm Azərbaycanda, həm də Türkiyədə tələbələr yetişdirən, gənc nəslin elmin sirlərinə yiyəyələnməsi üçün çalışan, həm də gözəl poetik nümunələr yaradan mütəfəkkir şair kimi iki qardaş ölkə arasında hələ o dövrdən mənəvi bağlılıq yaradan simalardan olduğunu vurğuladı. Simpoziumda təhsil nazirinin müavini Firidun Qurbanov, Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı və digərlərinin çıxış etdilər. İştirakçılara Seyid Nigarinin həyatından bəhs edən film nümayiş olundu.
Qeyd edək ki, 2 bölmədə fəaliyyətinin davam etdirən simpozium Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Mir Həmzə Seyid Nigari Qarabağiyə həsr edilən konsert proqramı ilə başa çatdırılacaq.
Qeyd edək ki, 2 bölmədə fəaliyyətinin davam etdirən simpozium Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Mir Həmzə Seyid Nigari Qarabağiyə həsr edilən konsert proqramı ilə başa çatdırılacaq.
Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.