RU
Загрузить видео
Baş Prokurorluq açıqlama yayıb

Это видео сейчас нельзя воспроизвести.

Baş Prokurorluq açıqlama yayıb

Просмотров: 289 Последние новости
Aprelin 6-sı Baş Prokurorluğunun inzibati binasının qarşısında narazılığını ifadə edən şəxslərin hər biri Baş Prokurorluq və aidiyyəti struktur qurumlarda ayrı-ayrılıqda dəfələrlə qəbul edilərək dinlənilib və onlara hüquqları izah olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Gundem.az-a bildirilib ki, Lalə Babaşova, Xalidə Məmmədova və Çiçək Aslanovanın şikayət etdiyi hallar üzrə hazırda aidiyyəti məhkəmələrdə cinayət işlərinə baxıldığından onlara məhkəmənin yekun qərarlarından narazı qaldıqları halda aidiyyəti üzrə yuxarı məhkəməyə müraciət etmək hüquqları izah edilib.

Vətəndaş Şövkət Abışovanın müraciəti üzrə daxil işlər orqanlarında aparılmış araşdırma zamanı şikayətin mülki xarakterli olması müəyyən edildiyindən ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunub.

Bundan başqa, şikayət edən digər şəxslərə müraciətlərində göstərilən halların araşdırılaraq müvafiq qərarın qəbul ediləcəyi bildirilib.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.