RU
Загрузить видео

Bakıda Misirin milli bayramı qeyd olunub

Просмотров: 5 Последние новости
Avqustun 1-də Misirin milli bayramı - İyul İnqilabının 70-ci ildönümü münasibətilə Bakıda ziyafət təşkil olundu. Mərasimdə əvvəlcə Azərbaycanın və Misirin Dövlət himnləri səsləndirildi.

Tədbirdə çıxış edən Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid inqilabdan ötən illərdə ölkəsinin keçdiyi inkişaf yolundan danışdı.

O, milli bayramın Azərbaycanla Misir arasında diplomatik münasibətlərin qurulmasının 70-ci ildönümünə təsadüf etdiyini bildirdi. Diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı istiqamətində əldə edilmiş nailiyyətləri xüsusi qeyd etdi.

Tədbirdə iştirak edən Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev Misir xalqını və dövlətini əlamətdar bayram münasibətilə təbrik etdi. O, dövlətimizin başçısının Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladığını vurğuladı:

“Bu, iki ölkə arasında məhsuldar münasibətlərin təzahür etdiyi bir gündür. Bu illin fevral ayında bir hökumətlərarası komissiyanın iclasını keçirdik. Bir neçə gün öncə bayaq da qeyd etdiyim kimi məsləhətləşməmiz olmuşdu. Bizim ölkələrimiz arasında əla münasibətlər var. Münasibətlərin təkmilıəşdirilməsi üçün əlimizdən gələni edirik. Mən Bakıya gələndə pandemiya ilə bağlı qadağalar sona çatırdı. Pandemiyadan sonra ilk dəfə Bakıda Misirin Milli bayramını qeyd etməyimdəm məmnunluq hissi duyuram. Biz hazırda Misir prezidenti cənab Əssisinin Azərbaycana gəlişi üzərində işləyirik. Ümid edirik ki, bu səfər baş tutacaq. Demirəm ki, bu tezliklə olacaq. Amma nəzərə alsaq ki, Prezident İlham Əliyevin rəsmi dəvəti var, deməli prezident Əssisi Bakıya gələcək.

Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.