RU
Загрузить видео

Bakıda marşrut avtobusu yanıb

Просмотров: 41 Последние новости
Bakıda marşrut avtobusu yanıb.



Hadisə bu gün səhər saatlarında Paytaxtın Nizami rayonunda qeydə alınıb. Metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında "Daeəoo" markalı 30 nömrəli marşrut avtobusunun mühərrikxanasında anidən tüstüləmə olub...



Sərnişinlər avtobusdan dərhal təxliyyə edilib və yanğının söndürülməsinə başlanılıb. Xəttin kalon rəisi Habil Rəcəbov bildirib ki, yanğına səbəb mühərrikdə baş verən qısaqapanma olub.



Habil Rəcəbov avtobusun texniki yoxlanışdan keçmədiyinə görə, yandığı barədə yayılan məlumata da münasibət bildirib.



Bakı Nəqliyyat Agentliyi də marşrut avtobusunun yanması ilə bağlı məlumat yayıb. Bildirilib ki, yanğın sürücü Məmmədov Elçin tərəfindən yerində söndürülüb. Eyni zamanda hadisə yerinə Fövqəladə Hallar Nazirliyininyanğından mühafizə xidməti gəlib. Avtobusda xəsarət alan yoxdur.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.