Bakıda ər evində arvadını xəyanət edərkən tutdu və...
Просмотров: 1 206
Последние новости
Bakıda 21 yaşlı oğlan bıçaqlanıb. Səyyar Tv APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 1998-ci il təvəllüdlü Cəfər Əhmədov bıçaqlanıb. Müəyyən edilib ki, onu bıçaqlayan həmyerlisi, 1992-ci il təvəllüdlü Seyran Əliyev Cəfər Əhmədovun həyat yoldaşı ilə qeyri rəsmi münasibətdə olub. Belə ki, Seyran Əliyev qadınla onların evində görüşən zaman Cəfər Əhmədov evə daxil olub. Bu zaman tərəflər arasında dava olub. Seyran Əliyev masanın üzərindəki bıçağı götürərək Cəfər Əhmədovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Seyran Əliyev polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.
Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.