Bakıda 2 beynəlxalq sərgi təşkil ediləcək
Просмотров: 32
Последние новости
İyunun 10-dan etibarən "Bakı Ekspo Mərkəzi"ndə 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan 2021” işə başlayacaq.
İyunun 12-nə qədər davam edəcək sərgidə 27 ölkədən 248 şirkət iştirak edəcək.
Sərgilər kənd təsərrüfatı sektorunun əsas iştirakçılarını, peşəkar ziyarətçiləri, o cümlədən idxalçıları, ixracatçıları, distribütorları, topdan və pərakəndə satış şirkətlərini, eləcə də fermerləri bir araya gətirəcək.“Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərinin ekspozisiyası "Bakı Ekspo Mərkəzi"nin iki zalını, eləcə də açıq sahəsini əhatə edəcək.
“Caspian Agro 2021” sərgisinin ekspozisiyasına bir sıra innovasiyalar daxildir: “ağıllı ferma”, heyvandarlıq sənayesi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikası, laboratoriya avadanlıqları, yeni toxum sortları və bir çox digər məhsullar.
Qeyd edək ki, canlı təşkil olunacaq sərginin təhlükəsiz keçirilməsi üzrə qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargahın, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının tövsiyələrinə əsaslanacaq.

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.