Azyaşlı braziliyalı Qarabağa dəvət edildi
Просмотров: 311
Последние новости
Braziliyanın Marlon adlı azyaşlı sakini Azərbaycan əsgərlərinə yazdığı məktub ünvana çatdırılıb. Axar.az xatırladır ki, azyaşlı Azərbaycan Ordusunun Qarabağın işğaldan azad edilməsi ilə bağlı keçirdiyi hərbi əməliyyatlarla maraqlanmışdı. Marlon ordumuzun torpaqlarımız uğrunda apardığı döyüşlərdə iştirakına dəstək üçün hərçilərimizə üzərində Azərbaycan bayrağının rəsmi və ürək sözləri olan məktub göndərmişdi. Marlon əsgərlərimizə həmçinin yığdığı xərcliyini də göndərmiş və xahiş etmişdi ki, həmin pula onlara şirniyyat alınsın. Əsgərlərimiz öz növbəsində azyaşlı braziliyalıya minnətdarlıq ediblər. Onlar torpaqlarımızın işğaldan azad edilməsindən sonra Marlonu Qarabağa dəvət edəcəklərinə söz veriblər.
Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.