RU
Загрузить видео
AzTV-nin keçmiş əməkdaşı vəfat etdi

Это видео сейчас нельзя воспроизвести.

AzTV-nin keçmiş əməkdaşı vəfat etdi

Просмотров: 730 Последние новости
Filologiya elmləri doktoru, professor Nizami Xudiyev vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun ailə üzvləri məlumat verib.

Bildirilib ki, bir müddət əvvəl koronavirusdan sağalan AzTV-nin keçmiş sədri böyrək çatışmazlığından təxminən yarım saat əvvəl dünyasını dəyişib.

Qeyd edək ki, Nizami Xudiyev 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.

O, 1995-2010-cu illərdə Milli Məclisin deputatı olub.

Nizami Xudiyev 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. Bir zamanlar Yeni Azərbaycan Partiyasının fəal simalarından olan Nizamni Xudiyev son illər aktiv ictimai-siyasi fəaliyyətdən kənara çəkilmişdi.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.