Это видео сейчас нельзя воспроизвести.
Azərbaycanın ombudsmanı ilə bağlı vacib xəbər
Просмотров: 1 753
Последние новости
"Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə ona verilmiş səlahiyyətlər çərçivəsində öz fəaliyyətini davam etdirməkdədir".
AZXEBER.COM-un xəbərinə görə, bu barədə Ombudsman Aparatının yaydığı açıqlamada bildirilib.
"Gündəlik olaraq Müvəkkilin ünvanına daxil olan müraciətlər icraata götürülərək qanuna müvafiq surətdə araşdırılır, sorğular göndərilir, onlayn maarifləndirmə tədbirləri və görüşlər həyata keçirilir", - məlumatda əlavə olunub.
***
Avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etdiyi üçün cərimələnən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın fəaliyyətini dondurub.
AZXEBER.COM-un "Report”a istinadən verdiyi xəbərinə görə, avqustun 20-də İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğində cərimə edilən Ombudsmanın fəaliyyətindən artıq 8 gündür ki, heç bir məlumat yoxdur.
Belə ki, Ombudsmanın rəsmi internet resursu olan http://www.ombudsman.gov.az/az saytına nəzər yetirdikdə sonuncu informasiyanın avqustun 20-də yerləşdirildiyi məlum olub. Beləliklə, bir həftədən çoxdur ki, Müvəkkilin fəaliyyəti ilə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib. Baxmayaraq ki, R.Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı məlumatların yayıldığı günədək, demək olar ki, S.Əliyevanın keçirdiyi görüşlər, tədbirlər, qəbullar və bütövlükdə təşkilatın fəaliyyəti ilə bağlı məlumatlar ictimaiyyətin diqqətinə çatdırılıb.

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.