Azərbaycanın hərbi xərcləri artıb
Просмотров: 18
Последние новости
"Biz ordu quruculuğu sahəsində işlərimizi davam etdiririk. Ona görə də bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz hərbi sahəyə istiqamətləndirilib. Büdcəyə əlavələr edilib. Hesab edirik ki, hərbi xərcləri artırmaq lazımdır. Bu artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənir və xərclənəcək". Bunu prezident İlham Əliyev iyulun 15-də 6 ayın yekunlarına həsr olunan tədbirdə deyib. Məsələyə münasibət bildirən millət vəkili Vüqar İsgəndərov bildirid ki, müharibə bitməsinə baxmayaraq ölkə başçısının silah arsenalının genişləndirilməsi, müasir silahların alınması istiqamətində irəli sürdüyü fikirlər Azərbaycan üçün prioritet məsələdir.
Bu altı ay ərzində həm hərbi struktur, həm də hərbi təhsil sahəsində də islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb, yeni silahlı birləşmələr yaradılıb. Yeni müqavilələr imzalanır.
Hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir. Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Fəaliyyəti dövründə qüsursuz xidmət göstrən hərbçilərə dövlət mənzillər verdi. Bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir, onların 90 faizi yenidən qurulub. Bu proses azad edilən ərazilərimizdə də aparılır - hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur qurulur. Bütün bunlar ağır iqlim şəraitində edilir.
REAL

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.