RU
Загрузить видео

Azərbaycanda yoluxma kəskin artacaq

Просмотров: 13 Последние новости
Yoluxma son günlər kəskin artıb. Avtobuslarda, metroda sıxlıq olur, yay aylarıdır, insanlar çimərliklərə, hovuzlara üz tuturlar, bölgələrə axın edirlər. Tətil olduğuna görə əhali bir-birinin evinə qonaq gedir. Bu da yoluxma sayına təsirsiz ötüşməyib.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm deyib.

Həkim bildirib ki, isti hava da virusa təsir etmir və hazırda virus daha da aktivləşib: “Bu dövrdə insanların immuniteti aşağı düşür, soyuqdəymə xəstəlikləri çoxalır. İnsanlar həmişə məsuliyyətsiz olublar. Yenə də maskanı düzgün taxmırlar, çənədən aşağıya endirirlər və ya ümumiyyətlə, taxmırlar, qollarına keçirirlər. Bu da virusun daha çox yayılmasına səbəb olur. Mütəxəssislərimiz, alimlərimiz il yarımdan çoxdur ki, tövsiyə edirlər, məsləhətlər verirlər. Ancaq insanlar onlara yox, hansısa sadə vətəndaşın uydurmalarına, fərziyyələrinə qulaq asır, onlara inanırlar. Cümlələrini başlayanda "elə deyirlər, belə deyirlər" deyib alimlərə yox, Tükəzban xalalara, Məmmədqulu kişilərə qulaq asıb onlardan misal çəkirlər. Hər kəs deyir ki, biz peyvənd olunmuşuq, hər şey yaxşıdır. Bu rahatlıqla da qaydalara əməl etmək istəmirlər. Bəzi insanları da hazırda saxta COVID-19 pasportu düşündürür. Onu almağın yollarını axtarırlar”.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.