RU
Загрузить видео

Azərbaycanda sahibkarlar günüdür

Просмотров: 122 Последние новости
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Xezerxeber.az-ın məlumatına görə, Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. "Xəzər Xəbər"in əməkdaşları bu gün münasibətilə ölkəmizdə fəaliyyət göstərən sahibkarlar ilə görüşüb və onların qarşılaşdıqları problemlərlə maraqlanıblar. Onlar xüsusilə pandemiya dövründə dövlətin sahibkarlara dəstəyindən razı qaldıqlarını bildiriblər. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.