RU
Загрузить видео

“Avroviziya” mahnımıza bir milyon baxış

Просмотров: 37 Последние новости
Xəbər verdiyimiz kimi, müğənni Çingiz Mustafayev bu il Təl-Əviv şəhərində keçiriləcək “Avroviziya-2019” beynəlxalq yarışmasında Azərbaycanı “Truth” (“Həqiqət”) mahnısı ilə təmsil edəcək.



Mahnıya çəkilmiş klip 8 martda “Youtube”da “Eurovision Song Contest” kanalına yüklənəndən bu günə kimi bir milyondan çox baxış toplayıb.



Klipə 28 mindən çox bəyənmə gəlib.



Artıq Azərbaycanın “Avroviziya-2019” mahnısını dünyanın ən məşhur musiqi servislərindən biri “Spotify”də dinləmək imkanı var.



Söz-söhbətlərə səbəb olan rəngarəng klipdə Çingizin suyun altında üzmə kadrları müzakirələrsiz ötüşməyib.



Qeyd edək ki, bəstənin müəllifləri Borislav Milanov, Trey Campbell, Bo J, Pablo Dinero, Hostess və Çingizdir.(oxu.az)

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.