RU
Загрузить видео

Astarada çəltik əkininə başlanıldı

Просмотров: 11 Последние новости
May ayının əvvəlindən Astarada çəltik əkininə başlanılıb. Xezerxeber.az-ın məlumatına görə, Astarada çəltik əkini əsasən Artupa, Şiyəkəran, Ərçivan, Səncərədi, Kakalos və Pensər kəndlərində aparılır. Təsərrüfat sahibləri deyirlər ki, ənənəvi əkin texnikaya nisbətən daha dəqiq olur. Bu da məhsuldarlığa müsbət təsir edir. Amma burada əkinə qədər sahələrin şumlanmasında istifadə edilən texnikanın azlığı fermerlərin işini müəyyən qədər yubadır. Astara düyüsünün qiyməti satışda 4 manat - 4 manat 50 qəpik, qış aylarında 5 manata müştəriyə təklif olunur. Bu il rayon üzrə 250 hektar sahədə çəltik əkilməsi nəzərdə tutlub. Texnika çatışmazlığına gəldikdə isə, Astara rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, kiçik həcmli traktorların alınması üçün yuxarı instansiyalara müraciət olunub. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.