RU
Загрузить видео

Aqrar sığorta haqlarının yarısını dövlət ödəyəcək

Просмотров: 147 Последние новости
Aqrar sığorta haqlarının yarısını dövlət ödəyəcək.

Nazirlər Kabineti aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinə dair qərarı təsdiq edib. Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar, eləcə də akvakultura məhsulu üzrə sığorta haqqının 50 faizi dövlət büdcəsi hesabına ödəniləcək.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyevin sözlərinə görə, bu cür təcrübə bir çox inkişaf etmiş ölkələrdə var. Qərar fermerlərin aqrar sığortadan daha çox istifadə etməsinə imkan yaradacaq.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.