Aqrar məşğulluğa diqqət artırılır
Просмотров: 3
Последние новости
Aqrar Məşğulluğun artırılması layihəsi çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyi, eləcə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşkilatçılığı ilə panel görüş keçirilib. Tədbirdə bir neçə ay əvvəl start verilmiş layihəyə regionlarda böyük maraq göstərildiyi, qısa vaxt ərzində yüzlərlə gəncin kənd təsərrüfatı sahəsində biznes yaratmaq arzusunda olduğu bildirilib. Həmçinin qeyd olunub ki, gənclərin uğurlu biznes yaratmasına hər cür dəstək göstərilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev bildirib ki, layihə ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə, aqrar sektorda onların iştirak səviyyəsinin artmasına, yeni nəsil fermerlərin formalaşmasına, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqətin artırılmasında önəmli töhfələr verir. Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev AMAL layihəsinin gənclərin məşğulluq problemlərinin həllində əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə həyata keçirilən ideyalara dəstək göstərildiyini vurğulayıb.
Tədbir zamanı kənd təsərrüfatının iqtisadiyyatın prioritet istiqamətlərindən olduğu və həyata keçirilən layihənin kənd yerlərində gənclər arasında işsizliyin aradan qaldırılmasında mühüm rol oynayacağı qeyd edilib. Eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrində FAO-nun ekspertlərinin əmək bazarının təhlili məqsədilə dövlət qurumları və gənc fermerlər ilə görüşlər keçirildiyi bildirilib. Xatırladaq ki, AMAL layihəsi çərçivəsində elan olunan AMAL səfiri proqramına 26 rayondan 100-lərlə gənc müraciət edib və FAO, AKİA və AMAL-ın nümayəndələri ibarət olan yaradılan qiymətləndirmə komissiyası tərəfindən 30 fəal gənc AMAL səfiri vəzifəsinə təyin olunub.

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.