Ağsuçayda mühafizə bəndi inşa olunur
Просмотров: 19
Последние новости
Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən Ağsuçayda mühafizə bəndlərinin tikintisi aparılır. Ağsuçayın sağ sahilində tikilən bəndin uzunluğu 1000 metrdir. Yeni salınan bənd Ağsu şəhərinin sel sularından mühafizəsini təşkil edəcək.
Son vaxtlar ölkə ərazisində aramsız yağan yağışlar nəticəsində çaylarda sululuq artıb, bəzi çaylardan isə sel keçib. Yağıntının miqdarının çox olması nəticəsində Ağsu rayonunun bəzi ərazilərində dərələrdən gələn yağış suları Ağsu Suvarma Sistemləri İdarəsinin balansında olan ən böyük hidrotexniki qurğulardan birini sıradan çıxarıb. Nəticədə səkkiz kəndə suyun verilməsində fasilələr yaranıb. Ötən əsrin 60-cı illərində istismara verilən Bərkdərə akveduku uzun illər istismar olunduğundan boruların bəzi hissələrində çürümələr baş verib. Hazırda idarənin texnikaları ilə köhnə borular çıxarılaraq yeni borularla əvəzlənir.
Qeyd edək ki, Ağsu Suvarma Sistemləri İdarəsi Ağsu rayonunun 37000 hektardan artıq suvarılan torpaq sahəsinə xidmət edir. Bu sahələrin suvarılması üçün 1000 km-ə yaxın suvarma kanalından istifadə olunur. İdarənin suvarma mənbələri Girdimançay, Ağsuçay, Yuxarı Şirvan Kanalı və Cavanşir su anbarıdır.

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.