RU
Загрузить видео
7 may: Prezident yeni sərəncam imzaladı

Это видео сейчас нельзя воспроизвести.

7 may: Prezident yeni sərəncam imzaladı

Просмотров: 603 Последние новости
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Cəbrayıl düzənliyinin (Zəngilan, Cəbrayıl və Füzuli rayonları ərazisi) yeraltı su yataqlarının təftişi və qiymətləndirilməsi işləri aparılacaq.

“Report”un məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə öz əksini tapıb. 2021-2023-cü illərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin aerokosmik fotoşəkillərinin alınması və təhlilini təmin etməklə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2021-2024-cü illərdə Füzuli, Cəbrayıl və Ağdam rayonları ərazisinin geoekoloji, geokimyəvi və radiasiya şəraitinin öyrənilməsi tapşırılıb.

Bundan başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2021-2024-cü illərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində qeyri-filizlərlə bağlı axtarış-qiymətləndirmə işlərinin aparılması həvalə olunub. Nazirlik bu dövrdə Laçın rayonu ərazisində mineral gübrə xammalları ilə bağlı perspektivli sahələrdə axtarış və qiymətləndirmə işlərinin aparılmasını təmin etməlidir.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.