RU
Загрузить видео

7 iyul: İlham Əliyev yeni fərman imzaladı

Просмотров: 47 Последние новости
Qarabağ iqtisadi rayonu yaradılıb.

APA TV-nin məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərmanında bildirilib.

Fərmana əsasən, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.

Fərmanda qeyd edilib ki, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

Qeyd edək ki, bundan əvvəl mövcud olmuş Yuxarı Qarabağ iqtisadi rayonu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli və Xankəndi şəhərini əhatə edirdi.

Prezidentin Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonu da yaradılıb.

Fərmana əsasən, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları Şərqi Zəngəzur iqtisadi rayonunun tabeliyinə verilib.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.