RU
Загрузить видео
22 noyabr: Baş nazir qərar imzaladı

Это видео сейчас нельзя воспроизвести.

22 noyabr: Baş nazir qərar imzaladı

Просмотров: 413 Последние новости
Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarına dəyişiklik edilib.

"Margin.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Dəyişikliklə sənədin 1.3.6-1.3.12-ci yarımbəndlər aşağıdakı redaksiyada verilib:

- Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;

- İnternat tipli lisey;

- İnternat tipli gimnaziya;

- İnteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;

- İnteqrasiya təlimli ümumtəhsil məktəbi;

- Xüsusi ümumtəhsil məktəbi;

- İnternat tipli xüsusi ümumtəhsil məktəbi.

Sənədin əvvəlki variantı isə aşağıdakı kimi olub:

- Ümumtəhsil internat məktəbi;

- İnteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;

- İnteqrasiya təlimli ümumi təhsil müəssisəsi;

- Xüsusi məktəb;

- Xüsusi internat məktəbi;

- İnteqrasiya təlimli internat tipli gimnaziya;

- Valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi.

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.