RU
Загрузить видео

Siqareti tərgitmək üçün təbii üsul

Просмотров: 107 Интересное
Müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən biri də tütündür. Tütünün insan orqanizminə ziyanları haqqında nə qədər təbliğat aparılsa da, təəssüflər olsun ki, ondan istifadə edənlərin sayı getdikcə artmaqdadır. Hələ 1970-ci ildə Ümumdünya Səhiyyə Assambleyası ağciyər və ürək-damar xəstəliklərinin inkişafına, həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizema və bir çox xəstəliklərə səbəb olan siqaret çəkmək probleminin ciddiliyini dərk edərək dünyanın bütün səhiyyə orqanlarına müraciət edərək, lazımi tədbirlərin görülməsinin vacibliyini bildirib. Həmin dövrdən dünyanın bir çox ölkəsində siqaretə qarşı təbliğat kampaniyalarına start verilib. Bu kampaniyalar günümüzdə də davam etdirilməkdədir.

Dünyada hər il milyonlarla insan siqaretin zəhərli təsiri nəticəsində dünyasını dəyişir.

Bəs bu zərərli vərdişdən əl çəkmək üçün nə etmək olar?

BiG.AZ həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlunun siqareti atmaq üçün məsləhət gördüyü çayın reseptini təqdim edir.

Hazırlanması:

İstiotlu nanə (nanə cövhəri), pişikotu kökü, üzərlik toxumu, kasnı - hərəsindən bir qaşıq götürüb, üzərinə 500 ml qaynar su tökmək və 15 dəqiqə dəmləmək lazımdır. Qara çay da əlavə etmək olar, lakin məsləhət deyil.

Faydası:

Siqareti tərgidən insanlara gün ərzində bu çayı içmək faydalıdır, çünki tərkibindəki bitkilər sinir sisteminə təsir edir və siqaretə tələbatı azaldır, eləcə də damarlardakı spazmı aradan qaldırır, tənəffüsü rahatlaşdırır, bronxlardakı qıcıqlanmanı aparır və s.

Daha ətraflı məlumat üçün aşağıdakı videonu izləyə bilərsiniz:

Комментарии 0

Войдите, чтобы написать комментарий

Комментариев пока нет. Напишите первый.