Cocuq Mərcanlıda ilk toy çalındı
Просмотров: 9
Интересное
Cocuq Mərcanlıda ilk toy olub.
Xezerxeber.az-ın məlumatına görə, 25 ildən sonra Cocuq mərcanlılar öz doğma yurdlarında yeni ailənin təməlini qoyublar.
Kənddə Akif Fərhadov və Aynurə Həziyevanın toy mərasimi keçirilib. Toyda Cocuq Mərcanlının bütün sakinləri iştirak ediblər. Gəlinin əmisi - 1994-cü ildən Cocuq Mərcanlıda yaşayaraq vətənpərvərlik, fədakarlıq, doğma torpağa və Vətənə bağlılıq nümunəsi göstərən və buna görə də dövlət başçısı tərəfindən Əmək ordeninə layiq görülən Oqtay Həziyevdir.
Toyda iştirak edən cəbrayıllılar da mərasimi sevinclə qeyd ediblər.
Bir vaxtlar düşmənin silahlı qüvvələrinin atəş nəzarətində olan Cocuq Mərcanlı indi o bölgənin ən abad yaşaayış məntəqlərindən biridir. Qısa müddətdə burada 50 ev, məktəb, məsscid, polis məntəqəsi və bütün zəruri infrastrukturla təmin olunub, qayıdış parkı salınıb. Kənd sakinləri məcburi köçkünlük həyatına son qoyaraq doğma kəndlərindəki abad və yaraşıqlı mənzillərində yeni həyata başlayıblar. Qəsəbədə həyat öz axarı ilə davam edir.

Комментарии 0
Войдите, чтобы написать комментарий
Комментариев пока нет. Напишите первый.